Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


04.05.2023  13:07 

Avropa Məhkəməsi “Azneft”in xeyrinə çıxarılmış qərarda pozuntu tapdı





A+  A-

Avropa Məhkəməsi mayın 4-də Əlif Əhmədov və başqaları Azərbaycana qarşı işi üzrə qərarını elan edib. Məhkəmə işi ərizəçilərin uzun illər yaşadıqları evdən planlaşdırılmış şəkildə çıxarılması və evin sökülməsi ilə bağlı idi.

XəzərNews.az aihim.az-a istinadla xəbər verir ki, Avropa Məhkəməsi qeyd edib ki, ərizəçilər barəsində çıxarılmış qərar onların fərdi yaşayış durumlarının yetərli incələməsi aparılmadan icra edilərsə, Konvensiyanın 8-ci maddəsinin (şəxsi və ailə həyatına hörmət hüququ) pozuntusu baş vermiş olacaq. Pozuntunun müəyyən edilməsini ərizəçilərə dəymiş mənəvi zərərə görə ədalətli əvəz sayan məhkəmənin qərarına görə, hökumət xərc və məsrəflərə görə 630 avro ödəməlidir.

Avropa Məhkəməsi Azərbaycandan göndərilmiş ərizələr üzrə növbəti qərarlarını gələn həftə elan edəcək. Mayın 11-də Azərbaycanla bağlı 3 qərar və qərardad - Əsgərova Azərbaycana qarşı, Quliyev və başqaları Azərbaycana qarşı, Hacıyev və Zeynalov Azərbaycana qarşı işləri üzrə yekun qərarlar açıqlanacaq.

Xəbər 1084 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +