Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


03.10.2022  12:09 

Rusiya Polşanı vura bilər





A+  A-

Kəşfiyyat Komitəsindən olan ABŞ senatoru Marko Rubio Rusiya ordusunun döyüş meydanında bir sıra məğlubiyyətlərindən sonra Prezident Vladimir Putinin Ukraynaya hərbi yardımın çatdırılması məntəqələrinə hücum əmri verə biləcəyini deyib.

XəzərNews.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Senator Marko Rubio bildirib ki, Rusiya xüsusilə Polşadakı hava limanlarını hədəfə ala bilər.

“Əgər Putin qərara gəlsə ki, məsələn, NATO-nun, Avropanın və ABŞ-ın Ukrayna üçün silahları onun təkcə müharibəni uduzmasına səbəb olmur, həm də hakimiyyət üzərindəki nəzarətini sarsıdır, o zaman çox mümkündür ki, o, Polşa da daxil olmaqla, bu təchizatın daxil olduğu bir sıra silah çatdırma məntəqələrinə zərbə endirsin”, - Rubio vurğulayıb.

Senatorun sözlərinə görə, NATO ölkəsinin ərazisinə, məsələn, Polşanın hansısa hava limanına hücum ehtimalı onu indi çoxlarının danışdığı nüvə zərbəsi ehtimalından daha çox narahat edir.

Bununla belə, Rubio Putinin Ukraynaya qarşı müharibədə qalib gələcəyi ssenarini təsəvvür etmir.

O əlavə edib ki, indi Rusiya ordusunun qarşısında iki seçim var: artıq ələ keçirilən ərazini saxlamağa çalışmaq və bu, illərlə davam edə bilər, ya da geri çəkilməyə davam edə bilər.

Xəbər 6068 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +