Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


18.09.2022  18:33 

Bu, həmən Nensidir! - Etibar Əliyev yazır





A+  A-

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Yeravanda çıxış edib: "Azərbaycanın Ermənistan ərazisinə ölümcül hücumlarını qətiyyətlə pisləyirik. ABŞ hücumun Azərbaycan tərəfindən həyata keçirildiyini təsdiqləyib və Konqres Azərbaycanın təcavüzünü pisləyən qətnamə layihəsi hazırlayıb. Azərbaycanın “Artsax”ın mülki əhalisinə qarşı hərəkətləri, tarixi abidələrə qarşı vandalizmi də bizim diqqətimizdədir”.

Lap Altay Göyüşov kimi danışıb...

Bu qadın çoxdanın avantüristidir. Onun hələ 67 yaşı olanda, 2007-ci ildə ABŞ Nümayəndələr Palatasının Xarici işlər üzrə Komitəsi qondarma “erməni soyqırımı”nın tanınması haqqında qətnaməyə səs verilməsi üçün çağırış edir. Pelosi qətnamənin səsə qoyulması öhdəliyini üzərinə götürür. Dəridən- qabıqdan çıxır. Qətnamənin mətnini Türkiyə tərəfi qəzəblə qarşılayır və qardaş Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edir ki, bu qətnamənin qəbul olunması Amerika-Türkiyə münasibətlərinə təhlükə yarada bilər. Məcburiyyət qarşısında qalan Nensi qarı məsələnin təxirə salınması məcburiyyəti ilə razılaşır.

Həmən bu Pelosi indi qondarma erməni soyqırımının “qurbanları” memorial kompleksi “sisernakaberd”ə əklil qoyub. Ağlayıb, sızlayıb...

Bəlkə bu qarı da Nobel mükafatı eşqinə düşüb? Bəzən Sülh üzrə Nobel mükafatçılarının seçilməsində qüsurlara yol verilsə də, belə avantüristə mükafatın verilməsi Komitənin nüfuzunu heçə endirə bilər.

Etibar Əliyev
Millət vəkili


Xəbər 3329 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +