Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


09.08.2022  10:11 

Ermənilər Zabuxda müqavimətə hazırlaşır?





A+  A-

Ermənilər Laçın şəhəri və Zabuxda "özünümüdafiə" adı ilə müqavimətə hazırlaşır.

XəzərNews.az Publika.az-a istinadən xəbər verir ki, bu prosesə Ermənistandakı "Demokratik birləşmə" partiyasının sədri Suren Petrosyan rəhbərlik edir.

Məlumata görə, Suren Petrosyan və ailəsi hazırda Zabuxdadır.

"Biz Laçın və Zabuxun "özünümüdafiəsinə" praktiki hazır olan insanları mübarizəyə qoşulmağa çağırırıq. 100-dən çox insan bizə qoşulmaq istəyini bildirib. Ermənistandan yüzlərlə məktub göndərilir, amma neçə nəfərin gələcəyini deyə bilmərəm. Çox şey barədə danışmaq istəmirəm, əsas məsələ buraya mümkün qədər çox adamın gəlməsidir", - o deyib.

Petrosyan "özünümüdafiə"nin silahla, yoxsa başqa vasitələrlə aparılacağını açıqlamaqdan imtina edib. Deyib ki, Ermənistan əhalisinin 0,1 faizi gələrsə, Laçını və Zabuxu təhvil verməyəcəklər:

"Mən ailəmlə Zabuxdayam. Burada müxtəlif fikirlər var. Bəziləri qalıb döyüşəcəyini deyir, bəziləri "Bayraqdar"larla döyüşə bilməyəcəyimizi bildirir".

Qeyd edək ki, Laçın və Zabuxdakı ermənilərin bir hissəsi artıq ərazini tərk edirlər.

Xəbər 1732 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +