Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


23.04.2022  14:16 

Pensiyaların məbləği 50 faizə qədər arta bilər





A+  A-

Bəzi şəxslərin pensiyalarının hesablanması qaydasında dəyişikliklər olacaq.

XəzərNews.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə "Əmək pensiyaları haqqında" qanuna təklif edilən son dəyişikliyə əsasən, işləyən vətəndaşların pensiyalarının hesablanması qaydasında yeniliklər nəzərdə tutulub.

Millət vəkili qeyd edib ki, yeni qaydalara əsasən, işləyən, amma pensiya yaşı tamam olan vətəndaşların 6 ildən bir pensiya kapitalına uyğun olaraq pensiya məbləğləri avtomatik olaraq artırılacaq. Pensiyalar hesablanarkən hər hansı bir sənəd toplamağa da ehtiyac olmayacaq. Proses elektron qaydada həyata keçiriləcək.

Vüqar Bayramov bildirib ki, yeni mexanizm 7 minə yaxın şəxsi əhatə edəcək. Yeni qaydalardan sonra pensiya kapitalından asılı olaraq pensiyaların məbləği 50 faizə qədər arta bilər.

Millət vəkili onu da əlavə edib ki, dəyişikliklər Milli Məclisin gələn həftə keçiriləcək plenar iclasında müzakirə olunacaq.

Xəbər 5109 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +