Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


15.10.2020  16:10 

“Bəzi “aktyor”lar Azərbaycanın bu əziyyətinə səssiz qalır” - Çavuşoğlu





A+  A-

“Bölgədə hücumçu dövlətlər var. Ermənistanın Azərbaycana qarşı son dövrlərdə yenidən etdiyi təxribat buna sübutdur. Azərbaycan torpaqlarının 20 faizi otuz ildir Ermənistan işğalı altındadır”.
XəzərNews.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib. O, Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin açılışında çıxışı zamanı bir daha Ermənistanın Azərbaycana qarşı etdiyi son təxribatlardan danışıb.

Çavuşoğlu bildirib ki, Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək:

“Ermənistan işğal altında olmayan Azərbaycan torpaqlarına da hücum edir. Onların bu addımı müharibə qaydalarına ziddir. Azərbaycan öz torpaqlarını və xalqını qoruyur. Bəzi “aktyorlar” Azərbaycanın bu əziyyətinə səssiz qalır, zalımla hücuma məruz qalanı eyni miqyasla ölçür. Türkiyə olaraq Azərbaycanın haqq davasında yanındayıq, yanında olmağa da davam edəcəyik”.



Xəbər 3444 dəfə oxunub.



16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +