Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


07.01.2020  18:04 

Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız gedə bilər





A+  A-

"Henley & Partners" şirkəti bu gün 200 dövlətin viza qaydalarının təhlili əsasında və vizasız girişin mümkün olduğu ölkələrin sayına görə sıralanan yenilənmiş Pasport İndeksini dərc edib.
XəzərNews.az xəbər verir ki, Azərbaycan vətəndaşları vizasız 67 ölkəyə baş çəkə bilərlər.

"Azərbaycan 2019-cu ildə İndeksdə 76-cı yeri tutub (2018-ci illə müqayisədə iki mövqe geriləyib). Hazırda Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız gedə bilərlər (2018-ci ildə 66 ölkə olub)", - “Henley & Partners”dən qeyd ediblər.

İl ərzində Azərbaycan Pakistan, Seneqal və Serbiyaya vizasız giriş əldə edib, eyni zamanda Benin və Cibuti ilə vizasız rejim ləğv edilib.

İndeksdə birinci yeri Yaponiya tutur. Bu ölkənin vətəndaşları dünyanın 191 ölkəsinə vizasız (və ya gəldikdən sonra viza almaqla) gedə bilər. Bu, keçən ilin göstəricisi ilə müqayisədə bir ölkə çoxdur. Sinqapur 190 ölkə ilə ötən il olduğu kimi, 2-ci yeri tutub. 189 ölkə göstəricisi ilə Cənubi Koreya və Almaniya 3-cü yeri tuturlar.

Xəbər 1641 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +