Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


23.05.2019  10:43 

Tələbə qız öldü, 10 nəfər yaralandı





A+  A-

Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən şəxsin kimliyi məlum olub.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə nəticəsində dünyasını dəyişən şəxs Musayeva Səadət Məzahir qızıdır. O, Mingəçevir Turizm Kollecinin tələbəsi olub. S.Musayeva hadisə nəticəsində ağır bədən xəsarətləri alıb, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilərkən yolda dünyasını dəyişib.

Hadisə nəticəsində xəsarət alan daha iki yaralı - 1974-cü il təvəllüdlü Nəbiyeva Vəfa Yusif qızı və onun həyat yoldaşı, 1971-ci il təvəllüdlü Nəbiyev Ramazan Səhlab oğlu xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, bu gün səhər saatlarında Yevlaxdan Mingəçevirə gələn sərnişin avtobusu Xaldan qəsəbəsi ərazisində qəzaya uğrayıb.

Hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib, 10 nəfərdən artıq sərnişin isə xəsarət alıb.

Xəbər 1535 dəfə oxunub.



24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +