Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


23.07.2018  17:05 

“Qarabağ”ın potensial rəqibi müəyyənləşdi





A+  A-

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
XəzərNews.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə 32 komandanın potensial rəqibləri müəyyənləşib.

Püşkatma iki hissədən ibarət olub. 22 ölkənin ən yaxşısı Çempionlar yolu, liqalarında yüksək yer tutan 10 komanda Liqa yolunda rəqiblərini tanıyıb. II təsnifat mərhələsi başlamadığından püşkdə bu raundun cütləri və mübarizəyə birbaşa qoşulan 8 klub iştirak edib.

Azərbaycan çempionu "Qarabağ” Çempionlar yolunda mümkün rəqibinin kimliyini bilib. "Qarabağ”ın Albaniya "Kukesi”si ilə təşkil etdiyi cütün qalibi 3-cü raundda BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun Azərbaycan və ya Albaniyada keçiriləcək.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 7-8 avqustda, cavab qarşılaşmaları isə 13-14 avqustda keçiriləcək.

Çempionlar Liqası
III təsnifat mərhələsi

Çempionlar yolu
Seltik (Şotlandiya)//Rusenborq (Norveç) cütünün qalibi - AEK (Yunanıstan)
Zalsburq (Avstriya) - Şerif (Moldova)//Şkendiya (Makedoniya) cütünün qalibi
Srvena Zvezda (Serbiya)//Suduva (Litva) cütünün qalibi - Legiya (Polşa)//Spartak (Slovakiya) cütünün qalibi
Qarabağ (Azərbaycan)//Kukesi (Albaniya) cütünün qalibi - BATE (Belarus)//HİK (Finlandiya) cütünün qalibi
Astana (Qazaxıstan)//Midtulland (Danimarka) cütünün qalibi - Dinamo (Xorvatiya)//Hapoel (Beer-Şeva, İsrail) cütünün qalibi
Malmö (İsveç)//ÇFR (Rumıniya) cütünün qalibi - Lüdoqorets (Bolqarıstan)//Videoton (Macarıstan) cütünün qalibi

Liqa yolu
Standard (Belçika) - Ayaks (Hollandiya)//Şturm (Avstriya) cütünün qalibi
Benfika (Portuqaliya) - Fənərbaxça (Türkiyə)
Slaviya (Çexiya) - Dinamo (Kiyev, Ukrayna)
PAOK (Yunanıstan)//Bazel (İsveçrə) cütünün qalibi - Spartak (Moskva, Rusiya)

Xəbər 1514 dəfə oxunub.



24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +