Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


27.03.2017  14:49 

Çovdarovun vəsatəti təmin edilmədi





A+  A-

Ləğv olunmuş MTN-in generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə generalın holter aparatı ilə müayinə olunması üçün verilən vəsatət təmin edilməyib. Hakim bildirib ki, bu məsələ məhkəmənin səlahiyyətində deyil.

Onun vəkili Sadiq Rəsulov deyib ki, bundan öncə eyni təşəbbüslə Ədliyyə Nazirliyi çıxış edib: “Nazirliyin Tibb Baş İdarəsi Akif Çovdarovu bu aparatla müayinə etmək istəyirdi. Həmin vaxt Çovdarov aclıq aksiyası keçirdiyi üçün nəticələrin düzgün olmayacağına görə bundan imtina etmişdi. İndi biz təkrar onlara müraciət edirik. İdarə bizdən bunun üçün məhkəmə qərarı tələb edir, məhkəmə isə buna səlahiyyəti olmadığını deyir”.

Prosesdə "Azərtikinti ATF" şirkətinin rəhbəri Azər Quliyevin epizodu üzrə şahid qismində keçmiş MTN əməkdaşı Əziz Əzizov ifadə verib. O deyib ki, bir dəfə polkovnik Səlim Məmmədovun tapşırığı ilə şirkətin ofisində olub.

Məhkəmədə fasilə elan olunub, iclas günün ikinci yarısında davam etdiriləcək.

Qeyd edək ki, A.Quliyev vəfat edib.

Xəbər 1516 dəfə oxunub.



16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +