Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


16.05.2024  11:46 

“Qarabağ 3 komandanı keçərək çempionlar liqasına düşə bilər”





A+  A-

Xəzərnews.az xəbər verir ki, 24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı futbol eksperti Kənan Məstəliyevdir. O, Qarabağ üçün uğurlu ola biləcək transferlərdən danışıb.

-Yay transfer pəncərəsinin açılmasına az qalıb. Sizcə, Qarabağ FK kimləri transfer etsə, uğurlu olar?

Yay transfer pəncərəsi dövründə "Qarabağ"ın transferlərə hansı vəziyyətdə yaxınlaşacağından çox şey asılıdır. İlk növbədə, məsələ "Qarabağ"ın futbolçu transfer etməsi yox, əlindəki heyəti qorumasıdır. Əgər komanda da təkliflər olarsa, məsələn, Juninho, Andrade, Lunev, Zoubir, hətta Yankoviçə təkliflər var. Bu təkliflərə qarşı çıxaraq komanda heyətini qoruya bilsə, bir-iki transferlə mövsümə başlaya bilər. Bu barədə problem yaşanmaz. O ki qaldı gedənlərin əvəzinə kimi transfer etməlidir? Məsələn, Juninho gedərsə, onun yerinə hücumçu gəlməlidir. Gedənlərin yeri mütləq şəkildə doldurulmalıdır.

Bundan əlavə, gedənlər olmazsa, ki ən yaxşı ssenari budur, komanda heyəti qorunarsa, o zaman başqa transferlərə də ehtiyac var. Məsələn, cinah yarım müdafiəçisi qismində, Leandro Andrade mövqeyində boşluq hiss olunur. Bu mövsüm ən axsıyan nöqtə bu idi. Düzdür, Kady ilə bağlı məsələlər müzakirə olunur. Kady Bakıya gəlmişdi, böyük ehtimalla onunla danışıqlar aparılıb, amma hansı vəziyyətdə, məsələnin hansı yerdə olduğunu birmənalı şəkildə söyləmək olmur. Sağ cinah yarım müdafiəçisi qismində oyunçuya ehtiyac var. Mərkəz yarım müdafiəsi mövqeyində yaxşı futbolçular var. Lakin Riçard Almeydanın getmək ehtimalını nəzərə alsaq, ki o gedəcək artıq bu məsələ dəqiqləşir. Onun yerinə, mütləq şəkildə yaxşı futbolçu transfer olmalıdır. Sağ yarım müdafiəçi, mərkəz yarım müdafiəçi və mərkəz müdafiəçisi mövqeyinə transferlər gedişatdan asılı olmayaraq edilməlidir. Çünki qarşıda çempionlar liqası var. “Qarabağ"ın çempionlar liqasının birinci təsnifat mərhələsinə yox, ikinci təsnifat mərhələsinə başlama ehtimalı var. Bu da artıq çempionlar liqasının qrup mərhələsinə, yeni formatda liqa mərhələsinə daha yaxın olmaq deməkdir. Əvvəllər normalda 4 komandanı keçmək lazım olurdusa, bu dəfə artıq "Qarabağ" cəmi 3 komandanı keçərək çempionlar liqasına düşə bilər. Bəli vəziyyət budur və buna uyğun olaraq, addımlar atılmalıdır.

Zəhra Niftiyeva

Xəbər 43165 dəfə oxunub.



16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +