Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


10.07.2022  14:13 

15 yaşlı qızı zorlayan şəxsə bəraət verildi - Açıqlama





A+  A-

Bəzi media və sosial şəbəkə səhifələrində “Bərdədə 15 yaşlı qızı dəfələrlə zorlayan şəxsə prokuror 9 il həbs cəzası istəməsinə baxmayaraq məhkəmənin bəraət verməsi” ilə bağlı məlumat dərc edilib.

XəzərNews.az xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, sözügedən şəxsin Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə göndərilib.

Həmin maddənin sanksiyasında 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğundan, 10.02.2022-ci il tarixdə keçirilən məhkəmə baxışı zamanı dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsə sanksiya həddində olan 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin olunması istənilib, lakin Bərdə rayon məhkəməsinin hökmü ilə ona bəraət verilib.

​Qeyd edilən hökmdən dövlət ittihamçısı tərəfindən 15.02.2022-ci il tarixdə apellyasiya protesti verilib və hazırda iş Gəncə Apellyasiya məhkəməsinin icraatındadır.

Xəbər 1705 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +