Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


30.03.2021  12:10 

“AstraZeneca” peyvəndinin adı dəyişdirildi





A+  A-

İngiltərə-İsveç əczaçılıq şirkəti “AstraZeneca” koronavirus peyvəndinin adını “Vaxzevria” olaraq dəyişdirib.
XəzərNews.az xəbər verir ki, bu barədə Avropa Dərman Agentliyi (EMA) məlumat yayıb.

İsveç Sağlamlıq Məhsulları Agentliyinin verdiyi məlumata görə, dərmanın adının dəyişdirilməsi tərkibindəki hər hansı bir dəyişikliyə səbəb olmayacaq, ancaq peyvənd mütəxəssislərinin məhsul məlumatları, etiketləri və qablaşdırmalarında fərqi görəcəyi üçün bu barədə məlumatlandırılması vacibdir.

Qeyd edək ki, bu ilin əvvəlində Avropada və dünyanın bir çox ölkəsində peyvənd vurulan xəstələrdə qan laxtalanması ilə bağlı xəbərlərdən sonra “AstraZeneca” peyvəndinin istifadəsi dayandırılmışdı. Bununla belə peyvəndin qan laxtalanmasına səbəb olması tibbi cəhətdən sübut olunmayıb.

Daha sonra EMA “AstraZeneca” peyvəndinin təhlükəsiz və təsirli olduğunu açıqlayıb. İngiltərənin Dərman və Sağlamlıq Məhsulları Tənzimləmə Agentliyi də dərmanın istifadəsinin dayandırılması üçün heç bir səbəb görmədiyini bildirib.

Xəbər 2745 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +