Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


03.05.2017  12:09 

Rayon maşınlarının paytaxta girişinə nəzarət gücləndirilir - RƏSMİ





A+  A-

IV İslam Həmrəyliyi Oyunları ilə bağlı olaraq polis gücləndirilmiş iş rejimi ilə işə başlamaq üçün artıq start götürüb.
XəzərNews.az bildirir ki, bu barədə BakıPost.az-a Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.

O bildirib ki, bütün təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı hər bir şey nəzərə alınmaqla işlər sona çatıb: "Artıq mayın 5-dən etibarən sarı rəngli bütöv formada çəkilmiş avtomobil zolaqlarına başqa nəqliyyat vasitələrinin sürücüləri daxil olub hərəkət edərlərsə, inzibati tənbeh tədbirinin görülməsinə şərait yaradacaq.

Eyni zamanda tədbirlər planında konkret olaraq təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı Bakı şəhər ərazisində yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoymaqla istiqamət dəyişdirilib. Həmçinin bəzi ərazilərdə sarı zolaqların olduğu yerlər üzrə bəzi parkomatlarda da avtomobillərin, taksi fəaliyyəti ilə məşğul olanlar haqda da inzibati tənbeh tədbirlərinin görülməsi nəzərdə tutulub. Yəni ən azından sarı zolaqlar ilə parkomatların olduğu ərazidə keçmə çətinləşirsə, təbii ki, dayanma və durma qadağan ediləcək. Həmin ərazidə avtomobillərin də durmasına nəzarət gücləndiriləcək.
Bunlarla yanaşı rayonlardan gələn bölgə dövlət nömrə nişanlı avtomobil sürücülərinin də şimal və cənub tərəfdə yaradılmış şəraitdən istifadə etmələri üçün şərait yaradılacaq”.

Vaqif Əsədov qeyd edib ki, bu müddət ərzində həmçinin piyadalara da nəzarət gücləndiriləcək:"Ümumiyyətlə, piyadalar üçün bu gün tam şərait yaradılıb. Bu gün onların rahat, fasiləsiz və təhlükəsiz hərəkət etməsi üçün yeraltı və yerüstü keçidlər tikilib. Hazırda da tikilməkdə davam edir. Ancaq ən yaxşı halda baş vermiş yol qəza hadisələrinə nəzər saldıqda piyadaların diqqətli olmağı və "Yol hərəkəti haqda” qanunun tələblərinə uyğun yalnız onlar üçün ayrılmış ərazidən keçməyi tövsiyə edirik. Amma təbii ki, bu günlər ərazində onlara tərəfimizdən nəzarət gücləndiriləcək. "Yol hərəkəti haqda” qanunun tələblərini pozan piyadalar belə aşkarlanarsa, onlar barəsində də tədbir görüləcək”.

Qurum rəsmisi islam oyunları ərəfəsində şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsini tövsiyə edib: "May ayı ərzində biri-birindən fərqli möhtəşəm tədbirlərin keçirilməsi nəzərdə tutulur. Əslində əsl bayramdır. Bu bayram günündə də insanlar ən azı vəziyyəti qiymətləndirməli və vəziyyətlə əlaqədar düzgün qərar qəbul etməlidir. Çünki bunların hamısı dövlət əhəmiyyətlidir. Hər kəs dövlət proqramına uyğun hərəkət etməyi özünə borc bilməlidir”.

Xəbər 1183 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +