Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


14.12.2024  16:51 

Mixeil Kavelaşvili Gürcüstanın prezidenti seçilib





A+  A-

Mixeil Kavelaşvili Gürcüstanın 6-cı Prezidenti seçilib

Xəzərnews.az xəbər verir ki, Gürcüstan MSK bu gün parlamentdə keçirilən səsvermənin nəticələrinin hesablanmasını başa çatdırıb. Səsvermədə Seçicilər Kollegiyasının 225 üzvü iştirak edib, onlardan 224-ü 53 yaşlı keçmiş futbolçu, hakim partiyanın “Xalqın gücü” fraksiyasının həmtəsisçisi Mixeil Kavelaşvilinin prezident postuna namizədliyini dəstəkləyib.

Qeyd edək ki, legitimliyi tanımadığını bəyan edən müxalifət partiyaları prezident seçkisində iştirak etməyiblər. Gürcüstan Prezidenti Salome Zurabişvili də parlamenti və prezident seçkisini legitim hesab etmədiyi üçün səlahiyyət müddətinin davam edəcəyini bəyan edib.

Yeni prezidentin andiçmə mərasimi dekabrın 29-da baş tutacaq.

Xəbər 3781 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +