Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


20.02.2024  12:58 

“Zarafat edib və çox peşmandır” - Məktəb direktoru





A+  A-

“Hadisə yanvarın 17-si məktəbdən kənar ərazidə, dərs olmayan zaman saat 15:00-dan sonra baş verib”.

Xəzərnews.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında 156 nömrəli tam orta məktəbin direktoru Gülər İsmayılova bildirib.

Direktorun sözlərinə görə, videoda olan şəxslərdən biri məktəbin 11-ci sinif şagirdidir:

“Video çəkən və hadisə qurbanı bizim məktəbin şagirdləri deyillər. Bizim şagirddə psixoloji problem hiss etməmişik, oxuduğu müddətdə başqa uşaqlara qarşı hər hansı neqativ hərəkət etməyib. Şagirdin özü və valideyni məktəbə dəvət olunub, rəhbərlik və psixoloq tərəfindən söhbət aparılıb. Şagirdin dediyinə görə, zarafat məqsədilə edib və çox peşmandır”.

Qeyd edək ki, qeyri-etik hərəkətləri əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər bullinq hərəkətləri edilir. Bunu edənlər Şüvəlanda yerləşən 156 saylı məktəbin şagirdləridir.

Xəbər 991 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +