Polis 88 min manatlıq dələduzluq edən şəxsləri saxladı
Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb


20.11.2018  09:27 

Bakıda sarı torların sayı artırılacaq





A+  A-

“Paytaxtın Bakıxanov küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsində tıxacların aradan qaldırılması üçün çəkilmiş sarı tor müsbət nəticə verib”.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

O bildirib ki, sarı torun bütün kəsişmələrdə salınması nəzərdə tutulub:

“Avropada, qonşu Türkiyənin özündə sarı torun üzərində kameralar da quraşdırılıb. Əgər işıqforun yaşıl işığı yanırsa belə, sürücünün oradan keçməsi mümkün deyilsə və o, yaşıl işıqda tora düşürsə, bu, inzibati tənbehə tabe tutulur. Ümumilikdə, bütün kəsişmələrdə, binaların çıxışında, xüsusilə yanğın, mühafizə çıxışlarında sarı torun tətbiqini planlşdırırıq. Hazırda təsdiq almışıq. Bakını 74 kəsişməsində sarı torun tətbiqi planlaşdırılır”.

Agentlik rəsmisinin sözlərinə görə, bu, ciddi dərəcədə tıxacların aradan qalxmasına təsir göstərəcək:

“Çünki kəsişmələr dolu olmayandan sonra nəqliyyat axını davam edəcək. Torun inzibati tənbehi bizim qurum tərəfindən həyata keçirilmədiyindən cərimə olunan nəqliyyat vasitələrinin statistik məlumatları bizdə yoxdur. Amma vizual araşdırma ərazidəki ənənəvi tıxacların azaldığını deməyə əsas verir”.

Xəbər 1558 dəfə oxunub.




19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +