Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik


28.11.2023  16:29 

Qarabağ məsələsi Ermənistan üçün mövcud deyil - Simonyan





A+  A-

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır.

Xəzərnews.az xəbər verir ki, bu barədə noyabrın 28-də parlamentdə jurnalistlərlə söhbətində Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan bildirib.

O, həmçinin bildirib ki, Qarabağ məsələsi Ermənistan üçün mövcud deyil. “Artsax məsələsinin həll olunması nə deməkdir? Artsax məsələsinin həlli və ya qeyri-həlli yolu nədir? İndi Ermənistan Respublikasının belə bir sualı yoxdur”, - Simonyan bildirib.

Onun sözlərinə görə, bu gün Ermənistan üçün əsas məsələ Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır.

Xatırladaq ki, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında demişdi ki, Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla 86,6 min kvadrat kilometr ərazisi olan Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Xəbər 10110 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +