Azərbaycanlı tələbələr ermənilərə imkan vermədi - ABŞ-də
Ermənistan dezinformasiya yayıb - Rəsmi
Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır


24.02.2023  11:38 

Liderlərə Brüssel görüşü ilə bağlı dəvət göndərilib





A+  A-

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəflərə - Ermənistan və Azərbaycana Brüsseldə danışıqlar aparmağa dəvət göndərib.

XəzərNews.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

“Biz Aİ prosesini qətiyyətlə dəstəkləyirik və bildirməliyəm ki, Avropa Şurasının prezidenti Mişeldən Brüsseldə danışıqlar aparmaq təklifi var. Bu, əgər onlar bunu qəbul etsələr, son həftələrdə gördüyümüz irəliləyişi davam etdirmək üçün danışıqlar aparmaq üçün bir fürsətdir”, - Ned Prays bildirib.

N.Prays qeyd edib ki, onun məlumatına görə, tərəflər Brüsseldə görüş keçirmək üçün dəvət edilib və onlara imkan verilib.

“Nəhayət, tərəflərin özləri, erməni və azərbaycanlı həmkarlarımız hər hansı belə görüşdə mümkün iştirakları barədə məlumat verməlidirlər”, - deyə Prays görüşün ehtimal olunan tarixi ilə bağlı sualı cavablandırıb.

Prays əlavə edib ki, Birləşmiş Ştatlar problemin hərtərəfli həllinə yönəlmiş danışıqların gedişində tərəfləri dəstəkləməyə hazırdır.

Xəbər 917 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +