Azərbaycanlı tələbələr ermənilərə imkan vermədi - ABŞ-də
Ermənistan dezinformasiya yayıb - Rəsmi
Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır


22.11.2021  11:22 

Əliməmməd Nuriyev postmüharibə dövrünün əsas vəzifələrindən danışıb





A+  A-

“Azərbaycan erməni işğalının nəticələrinin aradan qaldırılması ilə bağlı bir neçə istiqamətə iş aparır.​ Bu istiqamətdə diqqət yetirilməsli məsələlərədn biri,​ işğala məruz qalmış və azad edilmiş ərazilərimizin minalarla, partalayıçı sursatlar və maddələrlə çirkləndirilməsidir. İşğalçıları qovmuşuq, ancaq onların bu qəbildən olan ölümcül mirasıdır. Öz xislətlərinə uyğun olaraq onların bu ölümcül mirası zəngindir”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev çıxış edib.

Ə.Nuriyev bildirib ki, hazırda postmüharibə dövrünün əsas vəzifələrindən biri də mümkün olduğu qədər itki vermədən quruculuq işləri ilə yanaşı ərazilərimizin minalardan, partalayıçı sursatlardan təmizlənməsidir:

“Azərbaycan dövləti sərəncamında olan bütün resursları cəlb etməklə bu iş aparır, maksimum səy göstərir. Bu işdə cəmiyyət, ictimaiyyət və vətəndaşlar olaraq​ öz töhfəmizi verməliyik,​ məsuliyyətlə davranmalı, maarifləndirmə aparmalı, təhlükəsizlik qaydalarına əməl edilməsini təşviq etməliyik. Azad olunan rayonlarımıza səfərlər edən vətəndaşlarımız, həmçinin bu ərazilərə qonşu bölgədə yaşayan soydaşlarımız xüsusilə diqqətli olmalıdırlar. Şübhə doğuran əşya, cismlər, hallar barədə dərhal müvafiq dövlət orqanları məlumatlandırılmalıdır. Daxili İşlər Nazirliyi bu barədə bir neçə dəfə xəbərdarlıq edib. DİN əməkdaşları və DİN Daxili Qoşunlarının hərbi qulluqçuları bu ərazilərdə xidmət aparırlar və hər bir müraciət diqqətlə araşdırılır”.

Xəbər 2808 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +