Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


10.02.2017  22:04 

Zorla ərə verilən qız sevgilisi ilə qaçdı - VİDEO





A+  A-


İtkin kimi axtarışda olan gənc qızın sevgilisinə qoşulub qaçdığı ortaya çıxdı.

XəzərNews.az-ın  "Xəzər TV"yə istinadən məlumatına görə, Göyçayın Veysəlli kənd sakini, 21 yaşlı Sevinc Nəzərova 4 gün əvvəl yaşadığı evdən çıxaraq geri qayıtmayıb. Valideynləri onun tapılması üçün tədbirlər görsə də, nəticəsi olmayıb. Sonradan isə Sevinc Nəzərova anasına zəng edərək ailə qurmaq məqsədilə sevdiyi oğlana, Ağdaşın Xosrov kənd sakini, 22 yaşlı Hüseyn Əlizadəyə qoşularaq evdən getdiyini bildirib. Gənc qız valideynlərinin onu zorla başqa oğlana ərə vermək istədiyi üçün belə etdiyini deyir.

Hazırda bu iki gəncin məhəbbəti onları dərdə salıb. Çünki onlar bir-birinə qoşulub qaçsalar da, xoşbəxt ola bilmirlər. Belə ki, bir ildir bir-birlərini sevdiklərini deyən Hüseyn və Sevinc gizlənmək məcburiyyətində qalıblar. Oğlanın valideynləri qız evinin təzyiqi ilə üzləşdiklərini deyirlər. Sevinc Nəzərovanın yaxınları iki dəfə Xosrov kəndinə, Hüseyn Əlizadənin evinə gedərək onların yerini öyrənmək istəyiblər. Gənclər hazırda olduqları yeri valideynlərinə də bildirmirlər.

Valideynlər qızın zorla qaçırıldığını iddia edir və polisə müraciət ediblər. Sevinc yeniyetmə olmadığı üçün valideyinlərinə müraciət edərək həqiqətən öz razılığı ilə qaçdığını bildirib.

Gənclər hələlik qonşu rayonların birində qohumularının evində yaşayırlar.



Xəbər 1894 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +