Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


04.10.2019  17:49 

Teymur Dünya kubokunu qazandı - Yenilənib





A+  A-

Şahmat üzrə Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun qalibi bu gün müəyyənləşəcək.
XəzərNews.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov çinli həmkarı Dinq Liren arasında 4 final qarşılaşmasıdan ibarət klassik mübarizədə qalib bilinməyib - 2:2.

Buna görə turnirin qalibi müəyyənləşdirmək üçün bu gün tay-brek keçirilir. Bakı vaxtilə saat 14:00-da başlayan ilk partiyada Rəcəbov ağ fiqurlarla oynayıb. Partiya 64-cü gedişdə heç-heçə bitib. Bir qədər sonra başlayacaq ikinci partiyada Teymur artıq qara fiqurlarla çıxış edəcək.

Qeyd edək ki, mükafat fondu 1,6 milyon dollar olan yarışda qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Rəcəbovla Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.

***

Tərəflər arasında ikinci tay-brek də heç-heçə başa çatıb. İndi rəqiblər daha iki partiyada qüvvələrini sınayacaqlar - bu dəfə qısaldılmış rapiddə.

***

Qısadılmış rapiddə ilk partiya 41-ci gedişdə heç-heçə bitib.

***

Teymur hesabda önə çıxdı.

Xəbər 1823 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +