Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


04.01.2018  22:39 

Alim Qasımovun qızı boşanma xəbərindən danışdı





A+  A-

Xalq artisti Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımova Ailem.az-a müsahibə verib.
XəzərNews.az-ın məlumatına görə, Qasımova həm şəxsi, həm də iş həyatından danışıb.

O, bir müddət əvvəl ailəsindən ayrılması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:

“Bir müddət əvvəl ailəmdə müəyyən problemlər oldu. Bu cür problemlər hər kəsin ailəsində olur və ola bilər. Deyim ki, ailə problemi sənətlə bağlı bir şey deyil. Tam ailənin içi ilə bağlı bir məsələdir. Amma yayılan məlumatlar, hətta bu problemlər olmamışdan qabaq çıxmışdı. Çünki nədənsə bəzi adamlar olandan çox olmayan şeylərdən danışmağı daha çox sevirlər.

Mən onda çox gənc idim, çünki gənc ailə qurmuşdum. Bu sözlər mənim qulağıma çatanda çox pis oldum ki, nəyə görə mənim haqqımda olmayan şeylər danışırlar? Sonradan ailəmdə müəyyən problemlər oldu. Yəni hər kəsin ailəsində olduğu qədər. Amma şükür Allaha ki, aşdıq o problemləri. Hazırda ailəmlə bir yerdəyəm. İndi özümə ailə xoşbəxtliyi və həyat yoldaşımla birgə uzun ömür arzu edirəm...”.

Xəbər 1937 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +