Baş psixiatrdan NAZİRƏ ŞİKAYƏT olundu
ABŞ Senatının üzvü Adam Şiff yenə həddini aşdı
Ukraynada atəşkəs yaydan əvvəl elan oluna bilər
Biz razılığa gəlməyə hazırıq - Lavrov
İyun ayında 13 gün qeyri-iş günü olacaq
Bakıda təriqəti üzvləri həbs edildi - Foto
110-dan çox ölkədən QHT-lər Bakıya toplaşır
“Kapital Bank” müştərini necə tələyə salır?
18 yaşın mübarək, Qaynarinfo!
Prezident Kaya Kallası qəbul etdi


11.09.2018  16:23 

Bu il “Bilik Günü” olmayacaq





A+  A-

Təhsil Nazirliyi bu il 5 günlük tədris həftəsi tətbiq olunan məktəblərin birinci sinfinə gedəcək şagirdləri üçün “Bilik Günü”nün sentyabrın 15-də və ya 17-də keçiriləcəyi ilə bağlı valideynlər arasında yaranan anlaşılmazlıqlara aydınlıq gətirib.
XəzərNews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə bildirib ki, sentyabrın 17-də məktəblərdə “Bilik Günü” qeyd edilməməlidir.

Onun sözlərinə görə, təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, bütün orta məktəblərdə “Bilik Günü” ictimaiyyət nümayəndələri, sabiq məzunlar, müharibə iştirakçıları və əmək veteranları, tanınmış təhsil və incəsənət xadimləri cəlb olunmaqla sentyabrın 15-də keçirilməlidir.

C.Valehov əlavə edib ki, 15 sentyabr tarixi şənbə gününə təsadüf etdiyindən 5 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərin şagirdləri, xüsusilə də birinci sinif şagirdləri həmin gündə məktəbə gələrək müəllimləri ilə görüşə, sinif otaqları, dərs cədvəli ilə tanış ola bilərlər.

C.Valehov həmin məktəb və siniflərdə ilk dərs gününün sentyabrın 17-də olacağını da açıqlayıb.

Xəbər 1618 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +