Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


15.10.2020  10:57 

Xəbər saytlarına kibertəhlükəsizliklə bağlı tövsiyə olunub





A+  A-

Təmas xəttində düşmənin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusunun apardığı uğurlu əks-hücum əməliyyatları ilə əlaqədar, Ermənistan tərəfindən Azərbaycanın bir sıra xəbər saytlarının təhlükəsizlik boşluqlarından istifadə etməklə həyata keçirilən kiberhücumlar vasitəsilə bəzi həqiqətə uyğun olmayan və təxribat xarakterli məlumatların yayılmasına cəhdlər göstərilir.
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, qurum tərəfindən bütün özəl internet resurslarının, xüsusilə xəbər saytlarının sahiblərinə düşmənin məkrli əməllərinin qarşının alınması məqsədilə müvafiq təhlükəsizlik tədbirlərini gücləndirmələri tövsiyə olunur:

“Özəl internet informasiya ehtiyatı sahiblərindən xahiş olunur ki, hər hansı kiberinsidentlə üzləşdikdə, bu barədə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər”.

Xəbər 2178 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +