Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


14.07.2023  16:13 

Taksilərlə bağlı dəyişiklik qüvvəyə minir





A+  A-

İyulun 14-də Milli Məclisin iclasında taksi fəaliyyəti üçün dövlət rüsumları müəyyənləşib. "Dövlət rüsumu haqqında" Qanuna dəyişikliklərə əsasən, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün rüsum 3 min manat olacaq.

XəzərNews.az xəbər verir ki, bundan əlavə, taksi ilə sərnişin daşımaları üçün buraxılış vəsiqəsi (125 manat) və buraxılış kartı (25 manat) alınmalıdır.

Taksi sürücüsü haqda, o cümlədən hər bir taksi sifarişi üzrə məlumatları informasiya sisteminə ötürməyən vəzifəli şəxslər 10 min 500, hüquqi şəxslər isə 20 min manat cərimələnəcək. İnzibati Xətalar Məcəlləsinə belə bir dəyişiklik edilib.

Taksilərə rəqəmsal taxoqraf cihazı quraşdırılacaq. Həmin cihaz vasitəsilə avtomobilin sürətinə, hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatlar fasiləsiz qeydə alınacaq. Bu dəyişiklik "Avtomobil nəqliyyatı haqqında" Qanunda əksini tapıb.

Taksi avtomobillərinə gediş haqqının məbləğinin hesablanması üçün taksometr da quraşdırılacaq.

Ekspertlər hesab edir ki, həmin dəyişikliklər ölkədə taksi qiymətlərinin artmasına və nəzarətin güclənməsinə səbəb olacaq. Rəsmi qurumlar isə dəyişiklikləri vətəndaşların təhlükəsizlik və mənafeyinin qorunması ilə izah edirlər.

Xəbər 1226 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +