Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


16.04.2023  11:24 

Bayraq yandırmaq kimi “qəhrəmanlıq aktı”...





A+  A-

Azərbaycan Yerevanda Ağır atletika üzrə Avropa Çempionatının açılışı vaxtı Azərbaycan bayrağının yandırılmasına etiraz edib. Yerevandakı idmançılarının təhlükəsizliyinin təmin olunmadığını deyən Bakı öz heyətini geri çağırıb.

Hadisə Ermənistanın sosial mediasında geniş müzakirə olunmaqdadır.

“Şübhəsiz ki, idman tədbirində bayraq yandırmaq təlxək sayağı davranış deyil, elə deyilmi? Gör necə bir qəhrəmanlıqdır! Necə bir cəsarətdir! Dəyişiklik yaratmaq qabiliyyəti! Necə bir möhtəşəm nümayiş!”, hadisəni Twitterdə şərh edən Arnold Alahverdian yazır.

Daha bir tvitdə Azərbaycan bayrağını yandıran vətəndaş barəsində “xuliqanlıq maddəsi ilə” cinayət işinin başlanıldığı bildirilir.

“Polis onu yaxalayaraq Malatya şöbəsinə gətirib”, - Robert Ananyan yazır.

“Maraqlıdır, bayraqların yandırılmasının işə kömək etmədiyini başa düşmək üçün nə qədər vaxt lazım olacaq, - sualını verən Ani Avetisyan yazır. "Düzünü desəm, bu gülməlidir”.

Mika adlı daha bir istifadəçi hesab edir ki, bayrağı yandırmaq kimi “qəhrəmanlıq aktı” nifrətdən başqa heç nəyə nail ola bilmədi.

O, yalnız Ermənistanın bir cür tədbirlərin təşkilatçısı kimi reputasiyasına “mənfi təsir göstərdi və Əliyev rejiminin təbliğatına təkan verdi" yazan Mikanın tviti belə yekunlaşır:

“Azərbaycan idmançıları ağır atletika çempionatını tərk etdilər”.

Ağırlıq qaldırma üzrə Avropa çempionatı Yerevanda aprelin 15-dən 23-nə kimi keçiriləcək. Çempionata 40 ölkədən 389 idmançı gəib. Azərbaycan nümayəndə heyəti 12 nəfərlə təmsil olunub./BBC Azərbaycanca



Xəbər 1003 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +