Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


22.06.2021  17:08 

İşğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olan şəxs həbs edildi





A+  A-

İşğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, iyunun 21-i saat 17 radələrində Füzuli RPŞ əməkdaşları tərəfindən rayon sakini Elmir Orucov idarə etdiyi avtomaşınla, sərnişinləri Rəşad İmanov və Bağman Kərimov ilə birlikdə işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyərkən saxlanılıblar. Onlarla profilaktiki söhbətlər aparılıb, mina və partlayıcı vasitələrin insan həyatı üçün böyük təhlükə mənbəyi olması haqqında xəbərdarlıq ediliblər.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə sürücü E.Orucov 10 gün müddətinə inzibati qaydada həbs edilib, sərnişinlərin isə hər birinə 200 manat məbləğində cərimə tətbiq olunub.

Xəbər 1943 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +