Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


13.02.2021  11:19 

“Lavrovun Aİ ilə bağlı açıqlaması təhrif olunub”





A+  A-

Rusiya xarici işlər naziri Sergey Lavrovun Avropa İttifaqı ilə bağlı açıqlaması təhrif olunub.
XəzərNews.az xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

Kreml Lavrovun “Solovyov Live” yutub kanalında söylədiyi “Avropa İttifaqı ilə münasibətləri pozmağa hazırıq” fikrinə düzəliş edib.

Peskov Lavrovun sözlərinin təhrif olunduğunu bildirərək rəsmi Moskvanın Avropa İttifaqı ilə münasibətləri kəsmək yox, yaxşılaşdırmaq istədiyini söyləyib. O, Rusiyanın ilk addımı atmayacağını vurğulayıb.

Xatırladaq ki, Rusiya XİN rəhbəri Sergey Lavrov ötən gün sözügedən verilişdə Rusiyanın Avropa İttifaqı ilə əlaqələrini pozmağa hazır olduğunu açıqlamışdı: “Ən həssas sahələr daxil olmaqla, hansısa sahələrdə iqtisadiyyatımız üçün risklər yaradan sanksiyalar tətbiq olunur. Özümüzü dünya həyatından təcrid etmək istəmirik, amma sülh istəyirsənsə, müharibəyə hazırlaş!”

Xəbər 2100 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +