Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


27.06.2017  10:36 

Bayram bazarında narkotik satan şəxs saxlanılıb





A+  A-

Zaqatalada təşkil olunmuş bayram bazarında külli miqdarda narkotik vasitəni satmaq istəyən Şəki rayon sakini həbs edilib.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, iyunun 25-də Zaqatalanın Əliabad qəsəbəsi ərazisində, Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral avtomobil yolunun kənarındakı Ramazan ayının sona çatması ilə bağlı təşkil edilmiş bayram bazarında 1958-ci il təvəllüdlü Şəki rayon İnçə kənd sakini Osman Rəcəb oğlu Salamov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun əlindəki idman çantasına baxış zamanı çantanın içərisində narkotik vasitə hesab olunan 5 kq 565 qr qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Osman Salamov ilkin ifadəsində Qax rayon ərazisində yabanı halda bitmiş çətənə kolları bitkilərindən toplayaraq qurutduğu marixuananı gözünü müalicə etdirmək üçün satmaq istədiyini bildirib.

Faktla bağlı Zaqatala RPŞ-də CM-nin 234.4.3 maddəsi ilə cinayət işi başlayıb, istintaq aparılır.

Xəbər 1452 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +