Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


23.06.2017  14:11 

Azərbaycan birinciliyi başa çatdı





A+  A-

İsmayıllıda velosiped idmanının şosse növü üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub.
XəzərNews.az xəbər verir ki, 100-ə yaxın idmançının iştirak etdiyi yarışın sonuncu günündə gənclər arasında qrup ötüşməsi üzrə qaliblər müəyyənləşib.

Güclü yağış altında mübarizə aparan velosipedçilər 90 km məsafə qət ediblər. Finişi hamıdan tez Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped məktəbinin nümayəndəsi İvan Orlov keçib. 8 saylı Olimpiya Məktəbinin üzvləri Mikayıl Səfərli və Xankişi İsgəndərov isə 2-3-cü yerləri tutublar.

Gənclər - 90 km

1. İvan Orlov (OEQİUVM) - 02:34:39
2. Mikayıl Səfərli (8OEQİUVM) - 02:34:41
3. Xankişi İsgəndərov (8OEQİUVM) - 02:34:42

Qaliblərin mükafatlandırılma mərasimi İsmayıllı Olimpiya İdman Kompleksində baş tutub. Fərqlənən idmançılara medal və diplom, 1-ci yerin sahiblərinə isə xüsusi çempion köynəyi hədiyyə edilib. Qeyd edək ki, Azərbaycan birinciliyinin nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) da göndəriləcək və idmançıların reytinq cədvəlində öz əksini tapacaq.

Xəbər 1950 dəfə oxunub.



21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +