Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


14.05.2024  10:51 

Blinken Ukraynaya rəsmi səfər edib -Fotolar





A+  A-

ABŞ dövlət katibi Antoni Blinken Ukraynaya rəsmi səfər edib.

Xəzərnews.az xəbər verir ki, Amerikalı nazir X sosial media platformasındakı paylaşımında Ukraynanı dəstəklədiyini təkrarlayıb.

Blinken paylaşımında “Ukraynaya dəstəyimizi göstərmək üçün bu gün Kiyevə gəldim”, yazıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller yazıya istinadən bildirib ki, Blinken Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski və Ukraynanın yüksək səviyyəli liderləri ilə görüşəcək.

Miller qeyd edib ki, Blinken liderlərlə ABŞ-nin yeni təhlükəsizlik və iqtisadi yardımının təsirini və Ukraynanın iqtisadi dirçəlişinə dəstək səylərini müzakirə edəcək.

Qeyd edək ki, son günlər Rusiya Ukraynanın şimal sərhədi Xarkova hücumlarını gücləndirib və bu bölgəni yenidən qaynar cəbhə xəttinə daxil edib.

Rusiya ordusu son bir neçə gündə Xarkov vilayətində 10-dan çox yaşayış məntəqəsini nəzarətə götürüb.

Ukrayna Rusiyanın artan hücumlarına qarşı Qərbdən hərbi dəstəyin artırılmasını istəyir./Bakupost.az







Xəbər 8159 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +