Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib


23.09.2019  12:49 

Paşinyana etiraz üçün ABŞ səmasına təyyarələr qaldırıldı





A+  A-

Ermənistanın Baş Naziri Nikol Paşinyanın 22 sentyabrda ABŞ-ın Los- Anceles şəhərinə səfər edərək erməni icmasının keçirdiyi mitinqdə çıxış etməsi orada yaşayan azərbaycanlıların etirazına səbəb olub.
XəzərNews.az-ın məlumatına görə, Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu Nəsimi Ağayev sosial şəbəkədə bildirib ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə yerli əhalini geniş şəkildə məlumatlandırmaq üçün həmin gün Los- Anceles səmalarına ingilis dilində böyük hərflərlə “Karabakh is Azerbaijan! End the Occupation” (“Qarabağ Azərbaycanındır! İşğala Son Qoy!”) şüarını daşıyan təyyarələr qaldırılıb.

Onun sözlərinə görə, bütün günü Los-Anceles üzərində dövrə vuran şüar yerli əhali tərəfindən böyük maraqla qarşılanıb.

N. Ağayev bildirib ki, bundan əlavə, üzərində Qarabağ həqiqətlərini əks etdirən rəqəmsal plakatların olduğu xüsusi maşınlar gün ərzində Los Ancelesin ən müxtəlif guşələrini dolaşaraq, böyük sayda şəhər sakininin Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlanmasına səbəb olub. Plakatlarda Azərbaycanın 20% ərazisinin işğal olunduğu, 1 milyonadək soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi, işğal altında olan ərazilərimizdə Azərbaycan mədəniyyətinə qarşı soyqırımı həyata keçirildiyi, Xocalı soyqırımı və digər məsələlər barədə məlumat verilib.

Qeyd edək ki, Nəsimi Ağayev səfər ərəfəsində Los Anceles şəhər və vilayət rəhbərliyinə Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirən bir ölkənin baş nazirinin səfərinə etiraz edən məktublar göndərib. Həmçinin, N.Paşinyanın Los Ancelesə səfəri ABŞ mətbuatında da tənqid olunub. Belə ki, ABŞ-ın ən böyük yəhudi qəzeti olan, Los Ancelesdə nəşr olunan Jewish Journal qəzetində, həmçinin NewzBlaze qəzetində müvafiq məqalələr dərc olunub. Məqalələrdə Ermənistanın öz qonşusuna qarşı işğalçılıq siyasəti həyata keçirən kriminal bir dövlət olduğu, beynəlxalq hüququ kobud şəkildə pozmaqda davam etdiyi, Ermənistanda nasist generalların milli qəhrəman elan olunduğu, anti-semitizmin geniş yayıldığı qeyd olunaraq, belə bir ölkənin baş nazirinin Los Ancelesdə qəbul olunmasının qeyri-məqbul olduğu bildirilib. Məqalələr sosial şəbəkələrdə geniş yayılaraq, sadə amerikalılar tərəfindən N.Paşinyanın səfərinin kəskin tənqidinə səbəb olub.

Xəbər 1526 dəfə oxunub.




31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +