Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO
Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülüb?
Zelenski: Putin mənimlə danışıqlardan qorxur


03.09.2017  11:54 

Məhəmmədrəsul Məcidov 3-cü dəfə dünya çempionu olub





A+  A-

Almaniyada kişi boksçular arasında keçirilən dünya çempionatına yekun vurulub.
XəzərNews.az xəbər verir ki, Hamburq İdman Sarayında təşkil edilən mundialın son günündə 10 çəki dərəcəsində final görüşləri baş tutub.

Həlledici döyüşlərdə Azərbaycan millisinin lideri Məhəmmədrəsul Məcidov da rinqə çıxıb. 91 kiloqram çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionumuz qazaxıstanlı Kamşibek Kunkabayevlə üz-üzə gəlib. Döyüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. M.Məcidov 4:1 (29:28, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib.

O, bununla da 3-cü dəfə dünya çempionu tituluna yiyələnib. DÇ-2011 və DÇ-2013-də mundialın qızıl medalını qazanan boksçumuz növbəti qələbə ilə öz rekordunu da yeniləyib.

Beləliklə, 9 gün davam edən dünya çempionatını Azərbaycan millisi 2 medalla başa vurub. M.Məcidovdan əvvəl Kamran Şahsuvarlı (75 kq) adını mükafatçılar sırasına yazdırıb. Olimpiya mükafatçımız yarışı 3-cü pillədə başa vurub.

Qeyd edək ki, yığmamız Hamburqa 4 boksçu ilə yollanmışdı. Onlardan Lorenzo Sotomayor (64 kq) hakimlərin ədalətsizliyi səbəbindən mundialla vidalaşmışdı.



Xəbər 1518 dəfə oxunub.



29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +