Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi
Teatrın səhnə arxasında əlbəyaxa dava olub
Bank kartları talanır: Bu dəfə 67 min manat oğurlandı
Salyanda saxta spirtli içki satan aşkarlandı
İlham Əliyev iranlı xanım naziri qəbul edib
İranın daxilində Rusiyaya etimad yoxdur – Mübariz Əhmədoğlu
Həm qayda pozdu, həm də polisin əmrinə tabe olmadı
Azərbaycandakı gizli qumar dünyası necə işləyir?
Yeni tikili binalarda qaraj fırıldağı - VİDEO
CHP-li bələdiyyə başqanı Öcalanı təhqir etdi: “Erməni atan...”


01.02.2020  11:43 

Bir günə 22 cinayətin üstü açılıb





A+  A-

Dünən gün ərzində cinayət-axtarış xidmətləri tərəfindən 22 cinayətin üstü açılmaqla, şübhəli şəxslər müəyyən olunaraq məsuliyyətə cəlb olunub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, cinayət axtarış xidmətləri ilə yanaşı, Binəqədi RPİ Post Patrul Xidməti əməkdaşları borclu kimi axtarışda olanlar – 1988 təvəllüdlü, Ü.Fərəcov və E.Səmədovu müəyyən ediblər. Sabunçu RPİ Post Patrul Xidməti əməkdaşları 1989-cu il təvəllüdlü B.Kərimovdan 246 qram metamfetamin, əvvəllər CM-nin 306-cı maddəsi ilə məhkum olunan 1991 təvəllüdlü T.Vəliyevdən 2,512 qram heroin, 165 qram metamfetamin və evinin yaxınlığında yerləşən yarımtikilidən 1 kq 700 qram heroin aşkarlayıblar, Yasamal RPİ Xidməti əməkdaşları CM-nin 177-ci maddəsi ilə axtarışda olan 1991-ci il təvəllüdlü X.İsmixanovu saxlayıblar. Saxlanılan şəxlər ərazi üzrə şöbə və bölmələrə təhvil verilir. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, son aylar əməliyyat-axtarış xidmətləri ilə yanaşı, cinayətkarların tapılmasında ərazi polis orqanlarının Post Patrul Xidməti əməkdaşlarının fəallığı artmaqdadır.

Xəbər 1682 dəfə oxunub.




07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +