Bakıda evləri talayan qadın saxlanıldı
“Venesiya”da 55 nəfər nədən zəhərləndi? - Açıqlama
Prezidentin Baş prokurur vəzifəsinə namizədi kimdir?
Yaxın 24 saat ərzində saziş imzalanacaq - Şmıxal
Niqab geyinib məktəbləri gəzir... - Açıqlama-VİDEO
Prezident “IVECO”nun sükanı arxasında - Foto
Rasim Balayev Kino Agentliyinin yeni rəhbərini tanımır - ŞOK
İlham Əliyev Sumqayıtda açılışlar etdi - FOTO
Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski


24.04.2025  17:23 

Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib





A+  A-

Qubada fəaliyyət göstərən "Alma bağı" istirahət mərkəzində 44 günlük Vətən müharibəsi qazisinə qarşı hücumla nəticələnən kütləvi dava baş verib. Hadisə 2025-ci ilin 19 yanvar günü törədilib.

XəzərNews.az xəbər verir ki, bu barədə “demokrat.az”a hücuma məruz qaldığını iddia edən qazi Kənan İsmayıllı özü məlumat verib.

Onun sözlərinə görə, "Alma bağı" istirahət mərkəzində olarkən, Azərbaycan Tarif Şurası katibinin müavini Ceyhun Nəcəfov və dostları tərəfindən ağır söyüşlərlə təhqir olunaraq, fiziki təzyiqə məruz qalıb.

Kənan İsmayıllı deyir ki, hadisə 20 Yanvar Faciəsinin ildönümündə, taksi sürücüsü işlədiyi zaman Qubaya sərnişin apararkən, orada qonaq olduğu "Alma bağı" istirahət mərkəzində baş verib:

"Orada istirahət edərkən, tanımadığım şəxslər yüksək tonla səs çıxararaq, qaldığım otağın qapısına hücum çəkdilər. Mən qapını açıb baxarkən, gördüm ki, sərxoş vəziyyətdə olan və sonradan adını öyrəndiyim Ceyhun Nəcəfov və yanında olan bir neçə şəxs məni təhqir edirlər.

Onlar daha sonra üzərimə hücum çəkdilər. Bu zaman mən yenə ağır söyüşlərlə təhqir olundum, fiziki təzyiqə məruz qaldım, bədənimin müxtəlif nahiyyələrindən ciddi xəsarətlər aldım. Daha sonra Quba rayon Polis Şöbəsinə gedərək, izahat verdim. İzahatımda Ceyhun Nəcəfovdan şikayətçi olduğumu qeyd etdim".

Kənan İsmayıllı 44 günlük Vətən müharibəsi zamanı xüsusi təyinatlı kimi ön cəbhədə iştirak etdiyini bildirib:

"Mən 44 günlük Vətən müharibəsi zamanı kəşfiyyatçı olaraq xidmət etdiyimə görə, cənab Prezident İlham Əliyev tərəfindən "Cəbrayılın azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə"Azərbaycan Respublikasının medalları ilə, həmçinin "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunmuşam".

Məsələ ilə bağlı Azərbaycan Tarif Şurası katibinin müavini Ceyhun Nəcəfov telefon zənglərinə cavab verməyib.

Xəbər 1213 dəfə oxunub.



30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +