Mən boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi
Ukrayna PUA-larla Moskvanı vurmağa başladı
İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”


05.12.2023  09:00 

Krakovda “Azərbaycan gecəsi” keçirildi – Foto/Video





A+  A-

Krakov şəhərində Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə “Azərbaycan gecəsi” keçirilib.

Xəzərnews.az xəbər verir ki, gecədə bu ölkədə yaşayan azərbaycanlı gənclər milli rəqslərimizlə yanaşı, həm yerli, həm də xarici mahnılar ifa ediblər. Polşadakı Azarbaycan Evnin nəzdindəki Mədəniyyət Mərkəzinin rəhbəri Fərid Abdullayevın gitarada canlı ifası isə gecəyə ayrı bir rəng qatıb.

Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli bu kimi tədbirləri keçirməkdə məqsədin soydaşlarımız arasında əlaqələri genişləndirməkdən ibarət olduğunu vurğulayıb.

“Son illərdə Polşanın müxtəlif şəhərlərinə həm təhsil almaq, həm də çalışmaq üçün xeyli sayda azərbaycanlı gənclərin gəldiyini müşahidə edirik. Polşanın ayrı-ayrı şəhərlərində bu kimi tədbirlərin təşkili də məhz bu gənclərimizdə Vətənə və Dövlətə bağlılıq hissini yaşatmaq, Azərbaycanın uğurlarını təqdim etmək, koordinasiyanı və birliyimizi daha da gücləndirməkdir. Gənclərimiz bu kimi görüşlərdə həm istirahət edir, həm də gələcək fəaliyyətləri ilə bağlı fikir mübadiləsi aparırlar”, - deyə F.Cəfərli bildirib.



O, qeyd edib ki, “Azərbaycan gecəsi” adlı tədbirlər növbəti aylarda Polşanın digər şəhərlərində də keçiriləcək. F.Cəfərli əlavə edib ki, Şura tərəfindən “Azərbaycan gecəsi” Varşava şəhərində artıq bir neçə dəfə təşkil olunub.

Gecədə Polşa Azərbaycanlıları Şurası tərəfindən qonaqlara milli təamlar təqdim olunub, onlara yaradılan şəraitə görə "Çikaqo" restoranın rəhəbərliyinə təşəkkür edilib.

Xatırladaq ki, Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli həm də Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun (DABF) təsisçilərindəndir. DABF 2023-cü il mayın 13-də İsveçin paytaxtı Stokholm şəhərində təsis olunub, avqust ayında isə qeydiyyatdan keçib.








Xəbər 1694 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +