Mən boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi
Ukrayna PUA-larla Moskvanı vurmağa başladı
İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”


17.07.2023  10:26 

Xankəndində Azərbaycan manatı dövriyyəyə buraxılır?





A+  A-

Ermənistan təhlükəsizlik şursının keçmiş katibi David Şahnazaryan Qarabağla bağlı diqqətçəkən iddia irəli sürüb.

XəzərNews.az Publika.az-a istinadən xəbər verir ki, Şahnazaryan Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə bağlı proqram hazırladığını iddia edir.

“Rəsmi Bakı Qarabağ və orada yaşayan erməni əhalisinin Azərbaycana tam inteqrasiyasını əhatə edən proqram hazırlayıb. Bu, “yol xəritəsi”dir. Proqram 4 mərhələdən ibarətdir.

1. Sənədlərin Azərbaycan pasportu ilə dəyişdirilməsi, yəni ermənilərin pasportlaşdırılması;

2. Qarabağda Azərbaycan manatının dövriyyəyə buraxılması;

3. Qarabağdakı silahlıların tamamilə tərk-silah edilməsi və ləğv olunması;

4. Hakimiyyətin tamamilə Azərbaycan hökumətinə verilməsi”, - o iddiasında bildirib.

Qeyd edib ki, digər detalları açıqlamaq istəmir. Lakin əlavə edib ki, bu “yol xəritəsi”nin həyata keçirilməsi üçün 12 ay müddət nəzərdə tutulub, hər mərhələnin başa çatması 3 ay ərzində edilməlidir.

D.Şahnazaryan qeyd edib ki, Azərbaycanın bu proqramı Ermənistan hakimiyyətinə göndərdiyinə dair onda məlumat var.

“Bilirəm ki, Ermənistan hakimiyyəti də bu proqramı “artsax hakimiyyətinə” (separatçılar) verməlidir”, - o bildirib.

Xəbər 1059 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +