Mən boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi
Ukrayna PUA-larla Moskvanı vurmağa başladı
İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”


03.01.2021  16:49 

Qışda bu meyvələri yeməlisiniz





A+  A-

Qış fəslində müəyyən xəstəliklərdən qorunmaq üçün təkcə isti geyinmək kifayət deyil, meyvə qəbulu da əhəmiyyətlidir.
XəzərNews.az “Report”-a istinadən xəbər verir ki, heyva sağlam immunitet sistemi üçün vacib olan C vitamini və lif ehtiva edir. Həm də heyva antibakterial xüsusiyyətlərə malikdir.

Xurma C vitamini sayəsində iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Xurmanın tərkibində həmçinin xolesterol səviyyəsini azaltmağa kömək edən antioksidanlar var.

Nar planetimizin ən gözəl meyvələrindən biri hesab olunur. Meyvə ürək, xərçəng və artrit daxil olmaqla geniş bir sıra xəstəlik riskini azaltmağa kömək edən qida və güclü bitki birləşmələri ilə zəngindir.

Mərcanı əsasən karbohidrat və lifdən ibarətdir. Tərkibində mis, C, E və K1 vitaminləri mövcuddur. Eyni zamanda, bu meyvənin suyu qan təzyiqinin qorunmasına və qanda xolesterol səviyyəsinin aşağı düşməsinə kömək edir.

Sitrus meyvələri də xolesterolu və qan təzyiqini azaltmağa kömək edir. Bir portağalda yetkin insan üçün lazım olan gündəlik C vitamini var. Kividə C, K, E vitaminləri, folat və kalium mövcuddur. Kivi həm də antioksidan və lif baxımından zəngindir.

Alma daha çox karbohidrat və sudan ibarətdir. Bu meyvə eyni zamanda qan şəkərini azaltmağa kömək edən və bağırsaq sağlamlığını inkişaf etdirən yaxşı bir lif mənbəyidir.

Xəbər 1533 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +