Mən boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi
Ukrayna PUA-larla Moskvanı vurmağa başladı
İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”


28.08.2019  16:53 

Aksiz markası olmayan spirtli içkilər aşkarlandı





A+  A-

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə "Mercedes-Benz E300" markalı nəqliyyat vasitəsində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan spirtli içkilərin olduğu barədə məlumat daxil olub.
Komitədən XəzərNews.az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həmin avtomobil Gəncə şəhəri ərazisində saxlanılıb və baxış keçirilib.

Baxış zamanı Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinin salonunda və yük yerindəki sellofan torbalarda spirtli içkilərin olduğu müəyyən edilib. Sellofan torbalara ətraflı baxış keçirilməsi üçün avtomobil Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilib.

Yoxlama zamanı sellofan torbaların içərisində 1 litrlik, üzərində "Bombay Sapphire" yazılan 27 ədəd, üzərində "Aperon" yazılan 14 ədəd, üzərində "Jameson" yazılan 26 ədəd, üzərində "Sierra" yazılan 30 ədəd, üzərində "Bacardi" yazılan 28 ədəd, üzərində "Finlandia" yazılan 7 ədəd, üzərində "Jim Beam" yazılan 18 ədəd, üzərində "Optium Ron Blanco" yazılan 6 ədəd, üzərində "Optimum Premium Black" yazılan 5 ədəd, üzərində "Ballantines" yazılan 10 ədəd və 0.5 litrlik, üzərində "Yeni Rakı" yazılan 30 ədəd Azərbaycan aksiz markası ilə markalanmayan spirtli içkilər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1563 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +