Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb


14.04.2025  11:16 

Aİ yolu Ermənistana baha başa gələcək - Qaluzin





A+  A-

Əgər Ermənistan Avropanın seçim yolu ilə getsə, bu, obyektiv olaraq İrəvanın Aİİ xətti üzrə tərəfdaşları ilə mövcud olan iqtisadi münasibətlərə yenidən baxılmasına səbəb olacaq. Bu, yəqin ki, kifayət qədər ağrılı proses olacaq, o cümlədən təəssüf ki, Ermənistan əhalisi üçün.

XəzərNews.az xəbər verir ki, Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya müsahibəsində bildirib.

"Bu, çox inkişaf etmiş iqtisadi əməkdaşlığımız kontekstində Ermənistanı xaric etmək və ya ona zərər vermək istəyən Rusiya və ya başqa kimsədən getmir. Ötən il ticarət dövriyyəmiz təqribən 12 milyard dollar təşkil edib ki, bu da nəzərəçarpacaq artım nümayiş etdirir. Bizim Ermənistanın maraqlarını pozmaq planımız yoxdur və ola da bilməz. Bu, bizim müttəfiqimizdir, strateji tərəfdaşımızdır, Gürcüstanla ortaq tarixlə bağlıyıq. Böyük Vətən Müharibəsində qələbənin 80 illiyini, inşallah, mayın 9-da birlikdə qeyd edəcəyik.

Fakt budur ki, obyektiv olaraq Aİ və Aİİ-yə eyni vaxtda üzvlük mümkün deyil, çünki bu ittifaqların müxtəlif gömrük və tarif tənzimləmələri var; onlar mahiyyətcə fərqli iqtisadi bloklardır. Müvafiq olaraq, erməni həmkarlarımız yəqin ki, nə vaxtsa hansı istiqamətə getdiklərini qərar verməli olacaqlar: Avropa İttifaqına inteqrasiyaya, yoxsa Aİİ vasitəsilə Avrasiya inteqrasiyasında iştirakın davam etdirilməsinə. Bu iştirak Ermənistan əhalisinə aşkar fayda gətirir. Bu, ilk növbədə, Ermənistanın ÜDM-nin artımı üçün çox mühüm rəqəmlərlə ifadə olunur. Son bir ildə bu, təxminən 6% təşkil edib.

Digər tərəfdən, indiki mərhələdə Avropa İttifaqı Ermənistan və digər ölkələr üçün nədir? Bu, giriş üçün qeyri-müəyyən perspektivləri olan tələblər və meyarlar toplusudur. Əgər Ermənistan Avropanın seçim yolu ilə getsə, bu, obyektiv olaraq İrəvanın Aİİ xətti üzrə tərəfdaşları ilə mövcud olan iqtisadi münasibətlərə yenidən baxılmasına səbəb olacaq”, - Qaluzin qeyd edib.

Xəbər 1397 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +