Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


28.02.2019  17:06 

“Nar” fərqlənən tələbələri mükafatlandırdı





A+  A-

Gənclərdə oxumaq həvəsini artırmaq və onlarda motivasiya yaratmaq məqsədilə, “Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində uğurlu layihələr həyata keçirməkdə davam edir.
XəzərNews.az xəbər verir ki, mobil operator Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq çərçivəsində universitetin Radiotexnika və rabitə fakültəsinin 2018-ci dərs ilinin 2-ci tədris semestri üzrə fərqlənən tələbələrini mükafatlandırıb. “Nar”-ın baş ofisində təşkil edilən görüşdə yüksək nəticələr göstərən Cavid Namazov, Elvin Əmənov və Ülkər Əhmədzadəyə mobil operator xüsusi hədiyyələr təqdim edib. Elm və təhsilə xüsusi önəm verən “Nar”-ın bu təşəbbüsü tələbələri dərslərinə daha həvəslə yanaşmağa sövq edir.

Qeyd edək ki, “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində 2016-cı ildən Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində universitetdə “Nar” GSM laboratoriyası yaradılıb. Laboratoriya tələbələrə GSM sahəsi üzrə təcrübi biliklər əldə etməyə imkan yaradır. Müasir telekommunikasiya avadanlığının quraşdırıldığı “Nar” GSM laboratoriyasında tələbələr üçün təlim və seminarlar təşkil edilir. Bu təlimlər mobil rabitənin peşəkarları olan “Nar”-ın texniki əməkdaşları tərəfindən keçirilir. Proqram çərçivəsində praktiki biliklərini inkişaf etdirən bir qrup gənc ixtisaslı kadr kimi yetişmək üçün mobil operatorda ilk addımlarını atır.

“Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

Xəbər 1297 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +