Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


10.04.2018  15:06 

Bakıda 3 istiqamətdə metro tikintisi aparılır





A+  A-

Aprelin 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Bakı şəhərinin nəqliyyat problemlərinin kompleks şəkildə həllini tapmalı olduğunu vurğulayan İ.Əliyev metro tikintisinin müəyyən fasilədən sonra bərpa edildiyini açıqlayıb.
XəzərNews.az-ın xəbərinə görə, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda 3 istiqamətdə tikinti işləri davam etdirilir:

“Bənövşəyi xəttin 3-cü stansiyası - şərti adı B3, Xocahəsən deposu ilə "Avtovağzal" stansiyası arasında tunel tikintisi, "Həzi Aslanov-2" stansiyası”.

N.Paşayev bildirib ki, şərti adı B3 olan stansiyanın (“Papanin” ərazisində) bu ilin sonunadək istifadəyə verilməyəcək.

Xatırladaq ki, 2011-ci ildə prezident İlham Əliyevin fərmanı Bakı Metropoliteninin Perspektiv İnkişaf Planı təsdiqlənib. Plan paytaxtda yeni metro xətlərinin və stansiyaların tikintisini nəzərdə tutur. Bu işlər nəticəsində 2030-cu ilə qədər Bakı Metropoliteni stansiyaların sayı 76-ya çatdırılacaq.

Xəbər 1827 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +