Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


20.04.2017  11:43 

Ali məktəblərə imtahansız qəbul olunmaq istəyənlərin sayı AÇIQLANDI





A+  A-

Aprelin 30-da ali məktəblərin bakalavr pilləsinə qəbul olunmaq üçün II-III ixtisas qrupları üzrə keçiriləcək birinci (yaz) qəbul imtahanları keçiriləcək. Mayın 7-də isə I-IV ixtisas qruplarının abituriyentləri ilk qəbul imtahanı verəcəklər.
Dövlət İmtahan Mərkəzindən XəzərNews.az-a verilən məlumata görə, bu il birinci qəbul imtahanında 65653 abituriyent iştirak edəcək. Onlardan 59425-i Azərbaycan, 6228-si Rus bölməsinin məzunudur.
Aprelin 30-da keçiriləcək II və III ixtisas qrupları üzrə ilk qəbul imtahanında 35 429 abituriyent iştirak edəcək ki, onlardan da 18677-si II (16609-u Azərbaycan, 2067-si Rus bölməsi), 16752-si isə III (15478-i Azərbaycan, 1274-ü Rus bölməsi) ixtisas qrupu üzrə sənəd verib.
Mayın 7-də keçiriləcək I və IV ixtisas qrupları üzrə ilk qəbul imtahanında isə 30224 abituriyentin iştirakı nəzərdə tutulub.
Onlardan 25602-si I (23257-si Azərbaycan, 2346-sı Rus bölməsi), 4622-i isə IV (4081-i Azərbaycan, 540-ı Rus bölməsi) ixtisas qrupunu seçib.

Bir qism abituriyentlər var ki, ali məktəblərə imtahansız qəbul olunur. Bu il də istisna deyil.
“Təhsil haqqında” qanununun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Modern.az-a açıqlamasında deyib ki artıq ali məktəblərə müsabiqədənkənar qəbul olmaq istəyən abituriyentlər 5-16 aprel tarixlərində tələb olunan üçün sənədləri DİM-ə və ya DİM-in Regional Bölməsinə (Naxçıvan, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Göyçay, Şirvan, Bərdə) təqdim ediblər.

“Ali məktəblərə müsabiqədən kənar qəbul olunmaq üçün Dövlət İmtahan Mərkəzinə 54 nəfər müraciət edib. Onlardan 7-si musiqi sahəsi üzrə, 47-si isə idman sahəsi üzrədir. İmtahansız ali məktəblərə qəbul olmaq istəyən abituriyentlərin müraciətləri bir ay ərzində araşdırılacaq. Eyni zamanda, müraciət edən abituriyentlərin hamısının imtahansız qəbul olunması mütləq deyil. Bizə təqdim olunan sənədlər araşdırılır. Ola bilər ki, kimsə yalandan müraciət edib. Ona görə də sənədlərin araşdırılması zəruridir”.

Xəbər 2084 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +