Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə
Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian
Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb


24.05.2018  21:26 

Cəlilabadda sahədən 300 kq-a yaxın kartofu oğurlanıb





A+  A-

Cəlilabadda kartof sahəsində oğurluq olub.
XəzərNews.az xəbər verir ki, hadisə rayonun Sabirabad kəndində baş verib. Kənd sakini Arif Rufullayev səhər saatlarında kartof sahəsinə gəldikdə su quyusu üçün gətirilmiş çay daşlarının kisələrdən bayıra boşaldıldığını görüb. Məlum olub ki, axşam saatlarında sahəyə gəlmiş naməlum şəxs və ya şəxslər həmin kisələrə kartof yığıb aparıblar. Zərərçəkənin sözlərinə görə, ərazidə at ayaqlarının izinin olması yükün məhz onun vasitəsi ilə sahədən daşındığın deməyə əsas verir. Bundan başqa hadisəni törədən şəxslər törətdikləri əməli gizlətmək üçün kartofu eyni yerdən yox, sahənin müxtəlif yerlərindən çıxarıblar. Ümumilikdə torpaq sahibinin 300 kq-a yaxın kartofu oğurlanıb.
Faktla bağlı polisə məlumat verilib.
Cinayəti törədənlərin tapılması istiqamətində araşdırmalar davam etdirilir.


Xəbər 1600 dəfə oxunub.




28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +