Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


12.11.2018  15:36 

Ərzaq məhsullarının bahalaşması haqda açıqlama





A+  A-

2018-ci ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz bahalaşıb.
XəzərNews.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, cari ilin oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının və qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb.

Ay ərzində unun, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, marqarin və zeytun yağlarının, bananın, pomidorun, badımcanın, yerkökünün, çuğundurun, kartofun, qəhvə, çay və kakaonun, tütün məmulatlarının və spirtli içkilərin qiymətlərində bahalaşma, manna və qarabaşaq yarmasının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, göyərtinin, xiyarın, göy lobyanın, kələmin, sarımsağın, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

Xəbər 1891 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +