İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib


07.05.2018  11:57 

“İnternasional” çempion oldu





A+  A-

AFFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İB-nın təşkilatçılığı ilə idman jurnalistləri arasında keçirilən “Media turniri-2”yə yekun vurulub.
XəzərNews.az xəbər verir ki, bu gün AFFA-nın həyətindəki meydanda keçirilən ilk oyunda bürünc medalın sahibi müəyyənləşib. İnamlı qələbə qazanan “Bakı” ilk dəfə yarışı mükafatçılar sırasında başa vurmağı bacarıb. Həlledici qarşılaşmada isə ilk turnirin finalçısı ilə bürünc medalçısı üz-üzə gəlib. Gərgin keçən oyunun taleyini 1 qol həll edib.

Qarşılaşmanın başa çatmasına 2 dəqiqə qalmış Anar Əsədovun qolu sayəsində hesabda önə keçən “İnternasional” “Media turniri-2”nin qalibi olub.

Final oyunu başa çatdıqda sonra komandalar medallar və kuboklarla təltif ediliblər. “Bakı”, “İdman Azərbaycan” və “İnternasional”a müvafiq olaraq bürünc, gümüş və qızıl medallar, eyni zamanda hər üç komandaya kubok təqdim edilib. “İnternasional”ın qapıçısı Yusif Hüseynov turnirin ən yaxşı qapıçısı, “Bakı”nın təcrübəli hücumçusu Elnur Əşrəfoğlu isə ən yaxşı oyunçu nominasiyasına layiq görülüb. Yeri gəlmişkən, Əşrəfoğluna mükafatı təqdim edən futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev Avropa çempionatının final mərhələsində geyindiyi millinin formasını da hədiyyə edib. Turnirin bombardiri isə 15 qol vuran Xanoğlan İmanov olub.

Komandalara mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Firuz Abdulla, PFL-in Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aslan Şahgəldiyev, futbol veteranı Asim Xudiyev, futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev təqdim ediblər.
6 may

3-cü yer uğrunda oyun

Futbol+ - Bakı 3:7

Final

İnternasional – İdman Azərbaycan 1:0

Xəbər 1650 dəfə oxunub.



29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +