Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


06.08.2019  13:16 

UEFA “Qarabağ”ı cəzalandıracaq?





A+  A-

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi “Qarabağ”a qarşı intizam işi açıb.
XəzərNews.az xəbər verir ki, buna Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakıda İrlandiya “Dandolk”u ilə keçirilən cavab matçında meydana azarkeşin daxil olması və tribunada polislərlə fanatlar arasında insidentin yaşanması səbəb olub.

“Dalğa Arena”da baş verən məsələlərə avqustun 22-də baxılacaq.

Qeyd edək ki, sözügedən qarşılaşmanın 60-cı dəqiqəsində meydana daxil olan fanat Ağdam klubunun kapitanı Rəşad Sadıqovu qucaqlamışdı. Bundan başqa, qarşılaşmanın ikinci hissəsində “İmarət” azarkeş qrupu ilə polis arasında insident yaşanmışdı. Həmin gün “Qafqazinfo”ya açıqlama verən “Qarabağ”ın prezidenti Tahir Gözəl hadisəni araşdıracaqlarını, lazımi orqanlarla danışacaqlarını bildirmişdi. O, belə hadisələrə görə cərimələndiklərini qeyd etmişdi.

Xəbər 1463 dəfə oxunub.



05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +