Leyla və Arzu Əliyevalar sərgidə
DİN vətəndaşlara müraciət edib
Suriya qaynayır: 745 nəfər həlak olub
Biznes Universiteti bu VİDEOya görə linç edilir
Rafael Qetjiyə yenə məğlub oldu
Partizanlar Krımda yanacaq daşıyan qatarı vurdu
Xaçlar partlayış dalğalarına tab gətirə bilmir
Fuad Ələsgərov niyə görünmür?
Bu gün 58 min 732 şagird imtahan verəcək
Sabah iş günü olacaq?


12.02.2024  13:30 

Azərbaycan 5G-nin tətbiqində region ölkələrindən niyə geridədir?





A+  A-

"Son zamanlar bir çox qlobal texnoloji şirkətlər Ermənistanla ciddi işbirliyi qurub. Ötən həftə isə Ermənistanın Ucom mobil operatoru Nokia şirkəti ilə müqavilə bağlayıb. Müqavilə Ermənistanda 5G mobil şəbəkəsinin quraşdırılmasını nəzərdə tutur".

Xəzərnews.az xəbər verir ki, bu barədə açıqlama ilə Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz şıxış edib.

O.Gündüz xatırladıb ki, Ermənistanın iki mobil operatoru ötən ildən 5G lisenziyası alıb və hazırda bu ölkənin müxtəlif ərazilərində 5G şəbəkəsi qururlar:

"Yeri gəlmişkən, Aztelekom və Baktelekom da Nokia ilə əməkdaşlıq edirlər.

Bildiyim qədər yalnız Nokia-ya məxsus bahalı modemlərinin şəbəkədə istifadə edilməsi ilə bağlı, əslində antiinhisar qanunvericiliyə zidd olan müqavilələri də var.

Azərbaycan 5G texnilogiyalarının tətbiqi sahəsində region ölkələrindən xeyli geridədir.
Uzun müddət ölkəmizdə 5G üçün gərəkli olan tezliklər digər qurumlar tərəfindən istifadə edilirdi.

Yalnız 2 il öncə RİNN bu sahədə dönüş yaratmağa başlayıb.

Ötən il nəhayət ki, Dövlət Radiotezliklər İdarəsi və İKTA 5G ilə bağlı İşçi Qrup yaratdılar, 5G tezliklərini istismar edən digər qurumlardan alınması, onlara kompensasiya ödənilməsi üçün hüquqi əsasların yaradılması istiqamətində ciddi addımlar atdılar. Lakin hələlik proses yenidən donub.

Görünən odur ki, bizim mobil operatorlar 5G üçün tələsmirlər. Heç bir açıqlamaları da yoxdur.

Dövlət şirkəti olaraq da Azercell üçün görünür ki , innovasiyalar elə də önəmli deyil.
Düşünürəm ki, RİNN-nin İKTA tənzimləyici qurumu sektorda rəqabətli mühitin, innovasiyalatın inkişafı üçün, Azərbaycanın rəqabətə davamlı texnoloji infrastrukturunun qurulması üçün səylərini gücləndirməlidir".




Xəbər 9667 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.03.2025  17:40 

Leyla və Arzu Əliyevalar sərgidə

09.03.2025  17:35 

DİN vətəndaşlara müraciət edib

09.03.2025  11:33 

Rafael Qetjiyə yenə məğlub oldu

09.03.2025  10:26 

Fuad Ələsgərov niyə görünmür?

09.03.2025  10:17 

Sabah iş günü olacaq?

09.03.2025  01:12 

Qarabağın oyununda dava -VİDEO

08.03.2025  14:52 

Donetskdə matəm elan edildi

08.03.2025  12:43 

İstilər başladı...


BÜTÜN XƏBƏRLƏR +