Leyla və Arzu Əliyevalar sərgidə
DİN vətəndaşlara müraciət edib
Suriya qaynayır: 745 nəfər həlak olub
Biznes Universiteti bu VİDEOya görə linç edilir
Rafael Qetjiyə yenə məğlub oldu
Partizanlar Krımda yanacaq daşıyan qatarı vurdu
Xaçlar partlayış dalğalarına tab gətirə bilmir
Fuad Ələsgərov niyə görünmür?
Bu gün 58 min 732 şagird imtahan verəcək
Sabah iş günü olacaq?


27.03.2017  15:41 

“Manatı bu vəziyyətdə qoruyub saxlamaq lazım deyil” - Deputat





A+  A-

Mərkəzi Bankın açıqladığı rəsmi məlumata görə, bu gün 1 manat 1,7201 dollar səviyyəsində müəyyən olunub. Artıq 1 aya yaxındır ki, mili valyuta dollar qarşısında dayanıqlılıq göstərir. Amma devalvasiyadan sonra və bayramqabağı artan qiymətlər enmək bilmir ki, bilmir...
XəzərNews.az-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, milli valyutanın məzənnəsinin sabit saxlanması doğru deyil:

“Bir müddət əvvəl 1 manat 1 .90 dollar səviyyəsinə qədər ucuzlaşmışdı. Mərkəzi Bankın yürütdüyü bu siyasət nəticəsində nəzarət mexanizmi bir qədər də gücləndirilib. Hazırda 1 manat 1,7201 dollar səviyyəsindədir. Bu sabitlik müəyyən qədər effekt verə bilər. Amma uzun müddət üçün bu, manat qıtlığının artmasına, manat ətrafında ajiotaja səbəb ola bilər.

Mən düşünürəm ki, ilkin olaraq manata etibarlılığı artırmaq lazımdır. Hazırda manatın neftdən asılılığı qalır. İdxal-ixrac əməliyyatlarındakı problemlər müəyyən qədər öz həllini tapsa da, konkret olaraq nəticə yoxdur. Bu səbəbdəndir ki, pul qıtlığı yaranıb, banklar kredit verə bilmir. Bütün bunlar gələcəkdə iqtisadiyyatın artımına müəyyən ziyan vuracaq. Bu gün manat öz həqiqi bazar dəyərini tapmalıdır. Əks halda, real sektor, cənab prezidentin 11 sahə üzrə qəbul etdiyi strateji yol xəritəsi inkişaf etməsə, gələcəkdə çox pis vəziyyət yarana bilər. Ona görə də manatı bu vəziyyətdə qoruyub saxlamaq lazım deyil. Nəzarət mexanizmi-xaricə valyuta axının qarşısının alınması, idxal-ixrac əməliyyatlarında nəzarət güclənməsi vacibdir. Həm də real sektoru inkişaf etdirmək lazımdır ki, oradan gələn gəlirlər artsın. Manata etibarın artması Azərbaycan iqtsadiyyatı üçün çox önəmlidir”.

Manatın uzuclaşması, həm də bayramla əlaqədar bahalaşan qiymətlərə gəlincə, deputat bunun obyektiv və subyektiv səbəblərinin olduğunu qeyd edib:

“Elə qiymətlər var ki, məhsul ölkədə istehsal olunsa da, bayram gələn kimi qalxır. Məsələ burasındadır ki, həmin qiymətlər bayramdan sonra da düşmür. Bu gün bəzi meyvələrin qiyməti bahalaşıb. Bunlar subyektiv səbəblərdir. Amma obyektiv səbəblər də var. Belə ki, bir çox məhsullar, onların komplektləri xaricdən dollarla alınır. Digər tərəfdən, dollar ucuzlaşır, manat bahalaşır, amma qiymətlərə təsir etmir. Bu vaxt da istehsalçı şirkətlər deyir ki, “biz anbarlarda olan məhsulları satırıq. Onu dollar baha olanda almışıq. Hələlik yeni mal almamışıq, satdıqlarımız köhnə qiymətə aldıqlarımızdır”.

Bunların hamısı spekulyativ qiymətlərdir. Aidiyyatı orqanlar bunun üzərində işləməlidir. Bazardakı şişirdilmiş qiymətlərin qarşısı alınmalıdır. Əks halda bütün bunlar sosial narazılıqlara səbəb ola bilər. Qiymətlər obyektiv səviyyədə müəyyən olunmalıdır”

Xəbər 2165 dəfə oxunub.




09.03.2025  17:40 

Leyla və Arzu Əliyevalar sərgidə

09.03.2025  17:35 

DİN vətəndaşlara müraciət edib

09.03.2025  11:33 

Rafael Qetjiyə yenə məğlub oldu

09.03.2025  10:26 

Fuad Ələsgərov niyə görünmür?

09.03.2025  10:17 

Sabah iş günü olacaq?

09.03.2025  01:12 

Qarabağın oyununda dava -VİDEO

08.03.2025  14:52 

Donetskdə matəm elan edildi

08.03.2025  12:43 

İstilər başladı...


BÜTÜN XƏBƏRLƏR +